Bir ildən sonra qayıdır

18:00 - 31 Dekabr 2023

Bir ildən sonra qayıdır

22 qat Böyük Dəbilqə çempionu, dünyanın bir sabiq nömrəsi Rafael Nadal uzun fasilədən sonra kortlara qayıdır.

 

Manset.az xəbər verir ki, Brizben şəhərində keçiriləcək ATP-250 turnirində çıxış edəcək ispan tennisçinin ilk rəqibi müəyyənləşib. O, ABŞ-ın açıq çempionatının (2020) qalibi, avstriyalı Dominik Timlə üz-üzə gələcək.

Nadal Brisbendə (DÇ) demək olar ki, bir illik fasilədən sonra ilk rəsmi matçına çıxacaq. 37 yaşlı ispaniyalı ötən mövsümü demək olar ki, tamamilə buraxıb. O, yanvarın 18-də baş tutan “Australian Open 2023” turnirinin ikinci mərhələsində keçirilən oyun zamanı ciddi zədə alıb. Tennisçinin sol ayağının iliopsoas əzələsində gərginlik aşkar edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az