Səudiyyəni tərk edən Benzema haradadır? - Sosial media hesablarını bağlayıb

08:05 - 01 Yanvar 2024

Səudiyyəni tərk edən Benzema haradadır? - Sosial media hesablarını bağlayıb

Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun hücumçusu Kərim Benzema ilə bağlı yeni xəbərlər yayılıb.

 

Manset.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bugünlərdə komandasının məşqlərinə qatılmayan, sonra isə ümumiyyətlə, Səudiyyə Ərəbistanını tərk edən fransalı futbolçu sosial şəbəkə hesablarını bağlayıb. Onun qorxduğu üçün bu addımı ata biləcəyi ehtimal olunur.

Məsələ burasındadır ki, Benzemanın Səudiyyəni tərk etməsinə səbəb kimi onun azarkeşlərdən ölüm təhdidi alması göstərilir. Bildirilir ki, son 3 həftə ərzində bu cür xəbərdarlıqlar daha da artıb. Nəticədə Benzema Avropaya qayıtmalı olub

Bu yay “Real”ı tərk edərək  "Əl-İttihad"ə transfer olunan 36 yaşlı hücumçu 20 oyunda 12 qol vurub, 5 qol ötürməsi də etməsinə baxmayaraq, ərəb azarkeşlər komandanın uğursuzluğunda onu günahlar sayır. Hətta onlar futbolçuya “Ben-Hazima” (məğlubiyyətin oğlu) ləqəbini də veriblər. 

Hazırda “Əl-İttihad” 18 oyundan 28 xalla yerli çempionatda 7-ci yeri tutur. Komanda son 11 matçda cəmi 2 qələbə qazana bilib.

Adının açıqlanmasını istəməyən “Əl-İttihad” rəsmisi Səudiyyə Ərəbistanı mətbuatına bildirib ki, Benzema 3 günlük icazə alaraq Madridə gedib. Bununla belə bu açıqlamanın həqiqətə əks etdirmədiyinə dair mülahizələr də var.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az