“Liverpul” Almaniyanın “RB Leyptsiq” klubuna icarəyə verdiyi Fabio Karvalyonu vaxtından əvvəl geri qaytarıb.
Manset.az xəbər verir ki, bu haqda İngiltərə klubunun yaydığı açıqlamada bildirilib.
Portuqaliyalı yarımmüdafiəçi bu ilin iyulun 1-də Almaniya təmsilçisinə icarəyə verilmişdi. İcarə müqaviləsinin vaxtı 2024-cü ilin iyununda sonunda başa çatmalı idi.
21 yaşlı futbolçu “Leyptsiq”də bütün turnirlərdə 15 oyunda meydana çıxsa da, nə qol vura, nə də qol ötürməsi edə bilib.