“Kəpəz” - “Araz-Naxçıvan” oyunu ləğv edildi

17:23 - 01 Yanvar 2024

“Kəpəz” - “Araz-Naxçıvan” oyunu ləğv edildi

“Kəpəz” futbol klubunun çempionatın ikinci hissəsinə hazırlıq çərçivəsində “Araz-Naxçıvan”la keçirəcəyi yoxlama oyunu ləğv edilib.

 

Klubdan Manset.az-a verilən məlumata görə, komandalar arasında matçın məkanı ilə bağlı razılıq əldə olunmadığından oyun baş tutmayacaq.

Yoxlama görüşü üçün rəqib axtarışına çıxan “sarı-göylər” I divizionda çıxış edən “İmişli” ilə anlaşıb.

Bu rəqiblə matç yanvarın 15-də Gəncədə oynanılacaq.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az