Ulduz futbolçu "Qalatasaray"dan ayrılır

18:44 - 02 Yanvar 2024

Ulduz futbolçu \"Qalatasaray\"dan ayrılır

"Qalatasaray"ın futbolçusu Hakim Ziyeş komandadan ayrılmağa hazırlaşır.

 

Manset.az xəbər verir ki, bunu ulduz futbolçunun menceri Cord Qardi Türkiyə mətbuatına açıqlamasında deyib: "Ziyeşin "Qalatasaray" macərası yaxşı başladı, amma yaxşı davam etmədi. "Qalatasaray" rəhbərliyinə ayrılmaq istədiyimizi bildirmişik. Bizə heç bir maneə yaratmayacaqlar" - deyə o qeyd edib.

"Qalatasaray" Hakim Ziyeşi ötən ilin avqust ayında "Çelsi"dən icarəyə götürüb. Mərakeş millisinin üzvü İstanbul klubunda 14 rəsmi matçda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az