"Real Madrid"in prezidenti türkiyəli futbolçu haqqında son qərarını verdi

17:58 - 26 Yanvar 2024

\"Real Madrid\"in prezidenti türkiyəli futbolçu haqqında son qərarını verdi

Türkiyəli futbolçu Arda Gülər ​​"Almeriya" ilə oyuna daxil edilməyincə jiletini yerə ataraq "Real Madrid"in baş məşqçisi Karlo Ançelottiyə reaksiya verməsi ilə onun başqa komandaya icarəyə verilməsi xəbərlərinin gündəm olmasına səbəb olmuşdu.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, "Real Madrid"in prezidenti Florentino Peres türkiyəli gənc futbolçu Arda Gülərin başqa komandaya icarəyə verilməyəcəyinə qərar verib.

Peres istəyir ki, futbolçu bütün diqqətini meydançaya yönəltsin və onun oyun vaxtının olub-olmamasından narahat olmasın.

Qeyd edək ki, “Real Madrid” gələn il Luka Modriçlə müqaviləni uzatmağı planlaşdırmır. Arda Gülərin bu fürsətdən yararlanaraq yeni mövsümdə 11-likdə yer almağa çalışacağı bildirilir.

Əfsanə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az