Arda Güler üçün "AVRO 2024" narahatlığı - "Real"dan ayrıla bilər

10:25 - 31 Yanvar 2024

Arda Güler üçün \"AVRO 2024\" narahatlığı - \"Real\"dan ayrıla bilər

Zədələri sağalmasına baxmayaraq, "Real Madrid"də istədiyi oyun vaxtını əldə etməkdə çətinlik çəkən Arda Güler ​​üçün "AVRO 2024" narahatlığı yaranıb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, gənc istedadın Madrid klubundan ayrılması gündəm ola bilər.

Mövsümün sonunda Avropa çempionatının keçiriməsi Ardanın vəziyyətini dəyişir.

Almaniyada keçiriləcək AVRO 2024-də Türkiyə Milli Komandasının ulduzlarından biri olacağı gözlənilən Ardanın İspaniya yığmasında məhdud vaxt alması nəhəng turnirə qatılma ehtimalını doğurur.

18 yaşlı futbolçunun mövsümün sonuna qədər müntəzəm oynaya biləcəyi bir komandaya icarəyə getməsi bu baxımdan fərqli variant kimi masada qalır.

Xatırladaq ki, Güler Kral Kubokunda "Arandina" ilə oyunda 11-likdə yer alan futbolçu La Liqada "Atletiko" ilə Superkubok matçında 8, "Las Palmas" matçında isə 9 dəqiqə meydanda olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az