Hazırda karyerasına Yunanıstan Superliqa komandalarından "Panatinaikos"da qələbələrlə başlayan türkiyəli baş məşqçi Fatih Terim son həftələrdə əvvəlcə kubokda “Atromitos”, sonra isə derbidə “PAOK”a uduzduqdan sonra Yunanıstan mətbuatında ağır tənqidlərə məruz qalıb.
Manset.az xarici mediaya istinadən Yunan mediasında əfsanəvi türk məşqçi haqqında çıxan tənqid xəbərlərini təqdim edir.
Qeyd edək ki, "Panatinaikos" kubokda "Atromitos"a 2:1 hesabı ilə uduzub.
(METROSPORT) ARIS NIKOLAKIS
“PAOK-ın indi "Panatinaikos"dan bi rya da iki dəfə üstün olduqlarını sübut etdiyi doğru. Bu da bir həqiqətdir ki, Luçesku Fatih Terimlə birlikdə oynadığı ağıl oyunlarında qalib gəldi. Türkiyəli məşqçi bir qədər təkəbbürlü idi. Əvvəla, o, komandanı çox qiymətləndirdi. Oyunçularının potensialı qabartdı. Hesab 1-0 olduqda isə fikrini dəyişdi və hay-küy saldı. Pis şeylərin olacağını düşünərək özünü itirdi. Fasilədə dəyişikliklər etdi. Razvan Luçesku isə sakit idi və matçda üstünlük əldə etdi”.
(TA NEA) KOSTA KOFINAS
"Fatih Terimin sikkəsinin hər iki tərəfini görmək bir ay çəkdi. Müsbət tərəfi odur ki, onun çempion olacağına inamı var. Buraya oyunçuları üçün tərifli sözləri də əlavə etmək olar. Mənfi tərəfi, oyunçuların bilmədikləri mövqelərdə istifadəsini nəzərdə tutan yeni məşqçilik təcrübələrini əlavə edək. Termin hər kəsin gözləntilərinə cavab verəcəkmi? Panathinaikos üçün kubokda Atromitos ilə revanş və gələn həftə Olympiakos ilə derbi var. Terim derbilərdə qalib gəlmirdi, amma uduzmurdu da. Derbidə PAOK-a qarşı dağıldı”.
(İDMAN GÜNÜ) ANTONIS KARPETOPOULOS
"Fatih Terim hər zaman etdiyi şeyi etdi: Komandasının məğlub olacağını anlayanda adi taktikası olan mütəşəkkil xaosla oynayaraq vəziyyəti kökündən dəyişdi. Terim başlanğıcda qəribə işlər görən məşqçi deyil, heç vaxt da olmamışdır. 71 yaşlı bir adamın iş yöntəmini dəyişdirməsini gözləmək səhv olardı. "Panatinaikos" azarkeşləri Yovanoviçin futbolunu sevməyə başlamışdı. O, "Panatinaikos"a kimlik və şəxsiyyət qazandırdı. Lakin Yovanoviçin futbolunun Terimin futbolu ilə heç bir əlaqəsi yoxdur və komandanın başında türk məşqçi olduğu müddətcə Panathinaikosdan bunu gözləmək olmaz. Ona görə də edə biləcəyiniz iki şey var. Birincisi Terimin futbolunu qəbul etməmək və nəticədə "Panatinaikos"a baxmağı dayandırmaq. İkincisi bunu anlamağa çalışmaq və layiq olduğu hörmətlə tənqid etməkdir.
(CANLI İDMAN) NIKOS SILVERMAKOPOULOS
"Düşünürəm ki, bir çox azarkeşin Fatih Terimin "Panatinaikos"la dublunu bir yana qoyaraq çempionluq qazanacağına inamı sarsılıb. Yovanoviçi sevənlər artıq əsəbləşməyə başlayıb. Türkün gəlişi ilə hər kəs fərqli inkişaflar gözləyirdi. Digər tərəfdən, təbii ki, hər şey onun da üzərinə yıxıldı. Sanki İstanbuldan gələndə üzərində bir lənət gətirmişdi. Ona yaxın oyunçu itirdi. Ən böyük itki isə hücumçuları və xüsusən də İoannidis oldu. PAOK matçında Terimə qarşı haqsızlıq etmədən günahlandıra biləcəyimiz şey bir qələbə planının olmaması idi. Komandanı 60-cı dəqiqədən sonra rəqibi təhdid etməyə başladı. Biz onların bacaracağına qətiyyən inanmırdıq".
Əfsanə
Manşet.az