Aysun İsmayılova ailə qurdu - FOTO

22:08 - 14 Fevral 2024

Aysun İsmayılova ailə qurdu - FOTO

Müğənni Aysun İsmayılova ailə qurduğunu açıqlayıb.

 

Manset.az Metbuat.az-a istinadən xəbər verir ki, o, instaqram hesabında nikahdan görüntülər paylaşaraq vəkil sevgilisi ilə münasibətlərini rəsmiləşdirdiyini bildirib.

“Şəxsi həyatımla gündəmə gəlmək istəmirdim. Bir neçə ay öncə ailə həyatı qurmağıma baxmayaraq, paylaşım etməmişdim. Lakin kommentariya ve direktə çoxlu sayda sual daxil olduğundan bu xoşbəxtliyimi bütün sevənlərimlə Sevgililər günündə bölüşmək istədim. Xoşbəxtlik sakitliyi sevir”, - deyə, Aysun paylaşımında yazıb.

Qeyd edək ki, Aysun İsmayılova daha öncə Eşqin Cəlilovla ailəli olub.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az