"Azəriqaz" əməkdaşının barmağını sındıran abonentə cinayət işi açıldı

17:32 - 20 Fevral 2024

\"Azəriqaz\" əməkdaşının barmağını sındıran abonentə cinayət işi açıldı

Paytaxtın Nəsimi rayonu ərazisində “Azəriqaz”ın əməkdaşına qarşı zor tətbiq olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

 

Manset.az xəbər verir ki, bu barədə Nəsimi Rayon Prokurorluğundan məlumat verilib.

Araşdırmalarla müəyyən olunub ki, fevralın 12-də “Azəriqaz”ın əməkdaşları Aqşin Muradlı və Ayxan Abazərlinin Nəsimi rayonu, İ.Qasımov küçəsi ünvanında yerləşən mənzillərdə birində qaz sayğacından gələn borulara baxış keçirərkən həmin mənzildə yaşayan Fuad Məmmədov onlara zor tətbiq edib.

Fuad Məmmədov Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı əsasında ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az