Kamil Zeynallının məhkəməsinin vaxtı bilindi - AÇIQLAMA

11:50 - 21 Fevral 2024

Kamil Zeynallının məhkəməsinin vaxtı bilindi - AÇIQLAMA

Moskvada saxlanılan tanınmış idman məşqçisi Kamil Zeynallının məhkəmə prosesi sabah keçiriləcək.

 

Bu barədə Manset.az-a onun Rusiyada yaşayan dostu tanınmış iş adamı Heydər Həsənov məlumat verib: 

“Dünən aeroportdan Bakıya qayıdarkən Kamili saxladılar. O, Moskvaya gələndə axtarışda olması ilə bağlı hansısa məlumat verməmişdilər. Yoxsa biz öncədən bir tədbir görərdik. Kamil saxlanıldıqdan sonra dərhal Azərbaycanın Rusiyadakı səfirliyinə məlumat verdik. O, Ermənistanın sorğusu əsasında saxlanılıb. İndi vəkillə polis şöbəsinə gedirik. Artıq onun tədsirləndirildiyi maddələr açıqlanıb. Kamilin məhkəmə prosesinin sabah keçirilməsi nəzərdə tutulur.”

 

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az