Deputat 1 manat 50 qəpiklik dönərlərdən danışdı - Əti haradan və neçəyə alırlar?

16:02 - 27 Fevral 2024

Deputat 1 manat 50 qəpiklik dönərlərdən danışdı - Əti haradan və neçəyə alırlar?

Ali təhsil müəssisələrinin qarşısında fəaliyyət göstərən dönərxanalarda satılan dönərlərin qiyməti ayranla birlikdə 1 manat 50 qəpikdir. Halbuki nəzərə alaq ki, ayranın öz qiyməti elə 30-40 qəpikdir.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, bunu deputat Kamilə Əliyeva Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, bundan başqa, dönərin çörəyi və ətin tərkibindəkilərin qiyməti də var.

“Belə çıxır ki, dönərin içərisindəki ət pulsuzdur. O zaman ortaya bir sual çıxır – “dönərxanalar əti haradan və neçəyə alır?!” Görəsən həmin obyektlərin sertifikatı varmı? AQTA buna nəzarət edirmi? Son zamanlar tələbələr arasında dönərdən zəhərlənmə hallarına rast gəlirik. Bu səbəbdən

AQTA bu işə məsuliyyətlə yanaşmalı və nəzarət daha da güclənməlidir”, - deputat əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az