“Pandemiyaya görə tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə sənaye və iaşə müəssisələrinin fəaliyyətini bərpa etməsi iqtisadi aktivliyin sürətli canlanmasına səbəb olub. Bunun nəticəsində elektrik enerjisinə tələbat artıb. Odur ki, qeyri-əhali sektorunda da topdan satış qiymətinin artması nəticəsində ölkədə tarif tənzimlənməsi həyata keçirilib”.
Manset.az xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında “Azərişıq” ASC-nin Enerji Satışı Departamentinin direktor müavini Vüqar Nəbibəyli deyib.
O bildirib ki, tariflərin dəyişdirilməsi ilə qaz və elektrik enerjisi istehsalı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin dövlət büdcəsindən asılılığının tədricən azalması nəzərdə tutulub. Bununla da büdcə vəsaiti sosialyönümlü tədbirlərə yönləndiriləcək. Digər tərəfdən, tarif tənzimlənməsi Azərbaycanda alternativ enerji istehsalına əlverişli şərait yaradacaq. Bu sektorun inkişafı təbii qaz sərfiyyatının, qaz əsaslı enerji istehlakının azalmasına səbəb olar, iqtisadiyyatda yeni xidmət sahələri inkişaf etdikcə, daha da ucuzlaşa biləcək alternativ mənbələr yarana bilər”.
“Azərenerji” ASC-yə verilən təbii qazın tariflərinin artırılması ilə əlaqədar elektrik enerjisi üçün topdan və pərakəndə tariflərin tənzimlənməsi zərurəti yaranıb. Elektrik enerjisinin topdan satışının tarifinin artırılması nəticəsində “Azərişıq” üzrə yaranan əlavə xərclər bütün istehlakçılar üzrə paylanıb. Yəni əhali, sənaye, nəqliyyat, kənd təsərrüfatı, ticarət və xidmət üzrə bölüşdürülüb. Əvvəlki tarif əhali üçün güzəştli idi, yəni 300 kilovat/saata qədər 7 qəpik, 300 kilovat/saatdan yuxarı isə 11 qəpik təşkil edirdi. Diferensial tarif sosial cəhətdən aztəminatlı ailələr üçün güzəştli tarif siyasətini hazırda da qoruyub saxlamış olur. Belə ki, istehlak səbətində bir nəfərin aylıq istehlakı 50 kilovat/saatdırsa, orta statistik ailə tərkibinin sayının 4 nəfər olduğu nəzərə alınanda güzəştli tariflər aylıq istehlakın 200 kilovat/saatına tətbiq ediləcək. Yəni, 200 kilovat/saata qədər yenə də güzəşt tətbiq olunur, 7 qəpikdən 8 qəpiyə qalxır, 200 kilovat/saatla 300 kilovat/saat arasında istifadə edən abonentlərin tarif qiyməti 9 qəpikdir, 300 kilovat/saatdan çox istifadə edən abonentlərin isə tarif qiyməti 1 kilovat/saat üçün 13 qəpik müəyyənləşib. Ayrıca qeyri-əhali abonentləri iki kateqoriyaya ayrılıb: ticarət, xidmət və digər. Ticarət və xidmət abonentlərinin tarifi 9 qəpikdən 11 qəpiyə, digər bütün qeyri-əhali abonentlərin tarifi isə bir qəpik artırılaraq 9 qəpikdən 10 qəpiyə qalxıb”.
V.Nəbibəyli qeyd edib ki, elektrik enerjisi üzrə mövcud tariflər 2016-cı il dekabrın 1-dən tətbiq olunub. Sektorda aparılan infrastruktur işlərinin genişləndirilməsi, əhalinin və abonentlərin keyfiyyətli, fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi zərurəti, habelə enerjinin istehsalı üçün istifadə edilən təbii qazın qiymətlərində mövcud dəyişiklik nəticəsində yaranan əlavə xərcləri qarşılamaq məqsədilə enerjinin tarif tənzimlənməsi qaçınılmaz idi. Azərbaycanın istilik elektrik stansiyalarında elektrik enerjisi istehlakı üçün istifadə olunan xammalın 50 faizdən çoxunu təbii qaz təşkil edir. Təbii qazın qiymətinin artmağı elektrik enerjisi üçün topdan satış qiymətinin də artırılmasına zərurət yaratdı. “Azərenerji” ASC-dən alınan topdan satış elektrik enerjisinin qiyməti 5,7 qəpikdən 6,6 qəpiyə artırılaraq belə bir müəyyənləşmə aparıldı.
“Azərişıq”dan elektrik enerjisinin qiymətilə bağlı AÇIQLAMA
20:48 - 16 Oktyabr 2021
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
17 İyul 2026 - 22:32
Azərbaycan mədəniyyətinə AĞIR İTKİ - FOTO
17 İyul 2026 - 14:47
Zaur Mikayılov Füzulidə vətəndaşlarla görüşdü - FOTOLAR
17 İyul 2026 - 15:02
İkardi "Qalatasaray"da son dəfə bu matçda oynayacaq
17 İyul 2026 - 15:13
Yasamalda mənzildən oğurluq edildi
18 İyul 2026 - 00:15
Hərbçimiz həlak oldu - FOTOLAR
17 İyul 2026 - 23:53
Sabah yağış yağacaq, şimşək çaxacaq
17 İyul 2026 - 21:53
Gəncədə qadın boşanmaq üstündə ərini maşınla vurdu
17 İyul 2026 - 23:44
İsa Həbibbəyli Ömər Eldarovu ziyarət etdi
17 İyul 2026 - 21:32
2 gün əvvəl dənizdə batan gəncin axtarışları davam etdirilir
18 İyul 2026 - 00:30
"Ayaks" braziliyalı hücumçu transfer etdi
17 İyul 2026 - 22:17
Naxçıvanda avtomobillər toqquşdu: Yaralılar var - FOTO
17 İyul 2026 - 23:16
Mirziyoyev Mikayıl Cabbarovu qəbul etdi - FOTO
Xəbər xətti
- 18 İyul 2026
- 14:14 Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
- 13:58 Dənizə gedənlərin NƏZƏRİNƏ
- 13:45 Qanunsuz saxlanılan 14 tüfəng aşkarlandı
- 13:33 Bu tarixdə külək güclənəcək - XƏBƏRDARLIQ
- 13:01 Leyla Əliyeva Budapeştdə sərgidə - FOTOLAR
- 12:52 Messi Yamalla olan fotosundan danışdı
- 12:21 Bazar günü hava necə olacaq?
- 12:01 Şəmkirdə 2 kişi dalaşdı - Qadın yaralandı
- 11:36 UEFA-dan azərbaycanlı hakimlə bağlı TƏYİNAT
- 11:21 Neftimizin bu günə olan QİYMƏTİ
- 11:00 Bu rayonlara leysan yağır
- 10:37 Ötən gün 55 cinayətin üstü açıldı
- 10:28 “Qarabağ”ın biletləri satışa çıxarılır
- 10:06 Yol polisindən sürücülərə ÇAĞIRIŞ
- 09:47 İngiltərə və Fransa üz-üzə - DÇ-2026
- 09:30 Türkiyədə zəlzələ oldu
- 09:07 Xırdalanda yaşayış binasında YANĞIN
- 08:59 Rusiya mediası yenidən Azərbaycanı niyə hədəfə alır?
- 08:30 İsti havalarda bunları etməyin - 5 səhv
- 08:00 Günəş şüasının orqanizmə faydası
- 01:30 Piylənməyə qarşı dərmanlarla bağlı XƏBƏRDARLIQ
- 00:30 "Ayaks" braziliyalı hücumçu transfer etdi
- 00:15 Hərbçimiz həlak oldu - FOTOLAR
- 17 İyul 2026
- 23:53 Sabah yağış yağacaq, şimşək çaxacaq
- 23:44 İsa Həbibbəyli Ömər Eldarovu ziyarət etdi
- 23:34 İran Hörmüzdən keçməyə cəhd edən gəmiyə hücum etdi
- 23:16 Mirziyoyev Mikayıl Cabbarovu qəbul etdi - FOTO
- 22:51 Çində torpaq sürüşməsi - Ölənlər və yaralılar var
- 22:32 Azərbaycan mədəniyyətinə AĞIR İTKİ - FOTO
- 22:17 Naxçıvanda avtomobillər toqquşdu: Yaralılar var - FOTO
- 21:53 Gəncədə qadın boşanmaq üstündə ərini maşınla vurdu
- 21:32 2 gün əvvəl dənizdə batan gəncin axtarışları davam etdirilir
- 21:14 "Şəfa" - "İmişli" oyununda qalib müəyyənləşmədi
- 20:51 Ömər Eldarov xəstəxanaya yerləşdirildi
- 20:31 "Turan Tovuz" İranın U-21 millisi ilə heç-heçə etdi
- 20:16 Maksimum nəticə göstərən abituriyentlərin FOTOLARI
- 19:51 Meksikada güclü zəlzələ oldu
- 19:34 Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirildi - FOTOLAR
- 19:14 "Sözün sabahı: Türk dünyasının gənc şairlər festivalı" keçirildi - FOTOLAR
- 18:52 "Prezidentin Şuşadakı çıxışı Azərbaycanın strateji inkişaf kursunu bir daha nümayiş etdirdi" - Deputat
- 18:41 Bir ayda Bakıda 372 kq-dan çox narkotik aşkarlandı - VİDEO
- 18:28 Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək - FOTOLAR
- 18:12 Dövlət Xidməti daha bir beynəlxalq mükafata layiq görüldü
- 18:00 "Mediada Azərbaycan dili" mövzusunda təlim keçirildi - FOTOLAR
- 17:32 Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanıldı
- 17:15 FİFA “Səbail”ə transfer qadağası qoydu
- 17:00 II cəhd imtahanlarının nəticələri ELAN OLUNDU
- 16:48 "Rusiya ilə bir sıra istiqamətlərdə birbaşa reyslər bərpa edilə bilər"
- 16:36 Prezident bu qanuna dəyişiklik etdi
- 16:11 Sükan arxasında yuxulayan sürücü və xanımı həlak oldu - VİDEO
- 15:58 Şuşada elmi konfrans keçirildi - FOTOLAR