Bakıda yaşayış binasında yanğın

15:57 - 04 İyun 2024

Bakıda yaşayış binasında yanğın

Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

 

Manset.az FHN-ə istinadən xəbər verir ki, binanın 4-cü mərtəbəsində ümumi sahəsi 33 m² olan 2 otaqlı mənzilin mətbəxində əşyalar qismən yanıb.

Yüksək temperaturdan lambirdən ibarət tavan 2 m² sahədə qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az