Bakıda evdən 15 min manatlıq qızıl oğurlandı - FOTO

11:12 - 29 İyul 2024

Bakıda evdən 15 min manatlıq qızıl oğurlandı - FOTO

Xətai rayonu ərazisində evlərin birindən oğurluq olub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, polisə müraciət edən ev sahibəsi oradan 15000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və dələduzluğa görə məhkum olunmuş Taleh Salmanov müəyyən olunaraq saxlanılıb.

Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az