Şəhid Surxay Məmmədovla vida mərasimi keçirilir

11:05 - 01 Avqust 2024

Şəhid Surxay Məmmədovla vida mərasimi keçirilir

Daşkəsəndə şəhid Surxay Məmmədovla vida mərasimi keçirilir.

 

Manset.az Report-a istinadən xəbər verir ki, Daşkəsən rayon Qabaqtəpə kənd sakini, 1974-cü il təvəllüdlü Məmmədov Surxay Rza oğlunun nəşinin qalıqları ailəsinə təhvil verilib.

Hazırda şəhidin yaxınlarının yaşadığı evin önündə onunla vida mərasimi keçirilir.

Mərasimdə şəhidin yaxınları ilə yanaşı, hərbçilər, rəsmilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və çox sayda rayon sakini iştirak edir.

Vida mərasimindən sonra şəhid Gəncə Şəhər Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Surxay Məmmədov 1993-cü ildə Ağdərə rayonunun Mehmanə kəndi ərazisində şəhid olub. O, naməlum şəhid kimi İsmayıllı Şəhidlər Xiyabanında dəfn olunmuşdu.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az