"Bu gün Daşkənddə səsvermə prosesini izlədik və ATƏT-in seçki missiyası ilə bağlı mətbuatın suallarını cavablandırdıq".
Manset.az xəbər verir ki, bunu millət vəkili, ATƏT- seçki missiyasının rəhbəri və xüsusi koordinatoru Azay Quliyev bildirib:
"Keçən il həyata keçirilən konstitusiya islahatlarından sonra, ilk dəfə olaraq özbək xalqı qarışıq, yəni həm proporsional, həm də majoritar sistem əsasında parlament üzvlərini seçəcəklər.
28 oktyabr saat 15:00-da keçirəcəyimiz birgə mətbuat konfransında ATƏT-in seçki missiyasının ilkin rəyini ictimaiyyətə təqdim edəcəyik".



