Bakı-Laçın-Bakı avtobusunun hərəkət istiqaməti dəyişdirilir

18:07 - 28 Oktyabr 2024

Bakı-Laçın-Bakı avtobusunun hərəkət istiqaməti dəyişdirilir

Oktyabrın 30-dan Bakı-Laçın-Bakı reysi üzrə müntəzəm sərnişindaşıma xidməti müvəqqəti olaraq digər Yevlax-Xocalı-Laçın yolu ilə təşkil olunacaq.

 

Manset.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, buna səbəb Xudafərin-Qubadlı-Laçın yolunun Həkəri çayının kənarı boyu müvəqqəti yol sahəsinin təqribən 15 km-lik hissəsində əlavə təmir işlərinin və yol sahəsi üzrə müəyyən konfiqurasiya dəyişikliyinin aparılması zərurətidir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az