DİN deputatın qohumunun polis tərəfindən saxlanılmasına münasibət bildirdi

13:42 - 11 Noyabr 2021

DİN deputatın qohumunun polis tərəfindən saxlanılmasına münasibət bildirdi

Daxili İşlər Nazirliyi (DİN) deputat Tahir Kərimlinin qohumunun polis əməkdaşları tərəfindən saxlanılmasına münasibət bildirib.

Manset.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, hansısa vətəndaşın deputat Tahir Kərimlinin qohumu olduğu üçün saxlanılması ilə bağlı nazirlikdə məlumat yoxdur.

“Bu iddiaların təfərrüatlarından məlumatsız olduğumuz üçün konkret cavab verə bilmirəm. Bilinmir ki, kimdən, nədən bəhs edilir”, - o vurğulayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az