Bir neçə gün öncə “Qarabağ”ın futbolçusu, Qurban Qurbanovun oğlu Musa Qurbanlının nişan mərasimi keçirilib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis “Qoçət” restoranlar şəbəkəsinin sahibi, Sənan adlı iş adamı ilə qohum olub.
Hazırda Bakı Dövlət Universitetində oxuyan iş adamının qızı Əsmər 4-cü kurs tələbəsidir. Cütlüyün toyu isə gələn ilin yayına planlaşdırılır. Qeyd edək ki, “Qoçət” restoranlar şəbəkəsinin sahibi, qudası Qurban Qurbanov kimi vətənpərvər və dövlətə bağlı iş adamı kimi tanınır.