Azərbaycanda vurulan vaksinlərin sayı 10 milyonu ötdü

18:42 - 12 Noyabr 2021

Azərbaycanda vurulan vaksinlərin sayı 10 milyonu ötdü

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 38 082 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Manşet.az-averilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 032, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 580, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23 470 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 021 688, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 012 689, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 464 036, buster doza üzrə vaksinasiya olunanların sayı isə 544 963 təşkil edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az