Hərbçilərimiz erməniləri postdan belə çıxardı - VİDEO

10:02 - 15 Noyabr 2021

Hərbçilərimiz erməniləri postdan belə çıxardı - VİDEO

Azərbaycan Ordusu Laçında ermənilərin olduğu postu boşaldıb.

Manset.az xəbər verir ki, bunun görüntülərini əks etdirən video sosial şəbəkələrdə yayılıb. Videodan görünür ki, hərbçilərimiz ermənilərə qarşı nümunəvi davranır, onlardan sadəcə ərazini tərk etməyi tələb edirlər. 

Xatırladaq ki, ötən gün Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində vəziyyəti gərginləşdirmək məqsədilə Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti təxribata cəhd göstərdiyi haqda məlumat yaymışdı. 

Qeyd edilmişdi ki, əməliyyat şəraitinə uyğun olaraq Ordumuzun bölmələri tərəfindən əvvəlcədən müəyyən edilmiş plana əsasən zəruri fəaliyyətlər icra olunub. Nəticədə qarşı tərəfin hərbi qulluqçuları ərazidən çəkilməyə məcbur edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az