Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan 9 nəfər Rusiya vətəndaşı Moskvaya yola salınıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Manqistaunun Vilayət Administrasiyasından məlumat verilib.
Bildirilib ki, müxtəlif bədən xəsarətləri almış Rusiya vətəndaşları Rusiyadan gələn xüsusi təyyarədə tibb personalının müşayiəti ilə vətənlərinə göndərilib.