Oqtay Şirəliyevin qızı da vəzifəsindən çıxarıldı — FOTOLAR

14:08 - 20 Noyabr 2021

Oqtay Şirəliyevin qızı da vəzifəsindən çıxarıldı — FOTOLAR

Rusiyanın MDB ölkələri, xaricdə yaşayan həmvətənlərlə iş üzrə Federal Agentliyinin (Rossotrudniçestvo) rəhbəri Yevgeni Primakov Azərbaycanın sabiq Səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyevanı vəzifəsindən azad edib. 

Manşet.az qaynarinfo-ya istinadən xəbər verir ki, Nərmin Şirəliyeva "Rossotrudniçestvo” rəhbərinin müşaviri vəzifəsindən azad olunub. 

Qeyd edək ki, Nərmin Şirəliyeva bundan əvvəl Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri vəzifəsində çalışıb. 

Xatırladaq ki, Yevgeni Primakov Rusiyanın tanınmış dövlət xadimi, 90-cı illərdə ayrı-ayrı vaxtlarda Baş nazir, Xarici İşlər naziri və Xarici Kəşfiyyat Xidmətinin rəisi işləmiş Yevgeni Primakovun nəvəsidir. O, ötən ilin iyun ayında Rusiya Prezidenti Vladimir Putin müvafiq fərmanı ilə "Rossotrudniçestvo”nun rəhbəri təyin edilib.
277550
277549


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az