Goranboyda minaya düşən şəxs sağdır - RƏSMİ

14:12 - 20 Noyabr 2021

Goranboyda minaya düşən şəxs sağdır - RƏSMİ

Goranboy rayonunda minaya düşən mülki şəxs sağdır.

Goranboy rayon prokurorluğundan Manşet.az-a verilən məlumata görə, noyabrın 20-də saat 12 radələrində 1972-ci il təvəllüdlü Şahin Qarayevin Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığındakı ərazidə piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla Şahin Qarayevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilmişdir.

Faktla bağlı Goranboy Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az