ANAMA-dan minaya düşən əməkdaşla bağlı AÇIQLAMA

15:16 - 20 Noyabr 2021

ANAMA-dan minaya düşən əməkdaşla bağlı AÇIQLAMA

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ötən gün Zəngilanda mina partlayışı zamanı xəsarət alan əməkdaşı ilə bağlı məlumat yayıb.

Agentlikdən Manşet.az-a verilən məlumata görə, qurumun Partlamamış Hərbi Sursatlar qrupunun (PHSQ) təhlilçi-operatoru Babayev Vaqif Əlizaab oğlu Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi hospitalına yerləşdirilib. Vəziyyəti stabil olaraq qiymətləndirilir.

Qeyd edilir ki, 19 noyabr 2021- ci il tarixində Vaqif Babayev Zəngilan rayonunda öz xidməti fəaliyyətini yerinə yetirərkən məsafədə baş verən tank əleyhinə minanın partlayışı nəticəsində agentliyin əməkdaşı yüngül qəlpə yaraları alıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az