Azərbaycanda 38 yaşlı qadın öldürüldü - Qohumu tutuldu

17:20 - 30 Yanvar 2025

Azərbaycanda 38 yaşlı qadın öldürüldü - Qohumu tutuldu

Bu gün saat 13 radələrində Abşeron rayonu ərazisində qətl törədilib.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Türkan Abdurəhimovanın öldürülməsi barədə məlumat daxil olub.

Araşdırma zamanı 1967-ci il təvəllüdlü Şakir Rzayevin rayonun Masazır kəndi ərazisində bıçaqla xəsarətlər yetirərək qohumu Türkan Abdurəhimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şakir Rzayev iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az