Azərbaycanda bu ərazidə evlər pulsuz təmir ediləcək - 6,2 milyon ayrıldı

15:39 - 20 İyun 2025

Azərbaycanda bu ərazidə evlər pulsuz təmir ediləcək - 6,2 milyon ayrıldı

Xocavənd rayonunun Quzeyxırman kəndində fərdi yaşayış evlərində təmir işləri aparılacaq.


Manset.az İqtisadiyyat.a-a istinadən xəbər verir ki, təmir işlərinin icrası “Az-Caspian Construction” MMC-yə həvalə olunub.

Bağlanılmış müqaviləyə əsasən, fərdi yaşayış evlərinin təmirinə isə 6 milyon 230 min manat sərf olunacaq.

Xatırladaq ki, paralel olaraq Xocavəndin Qırmızı bazar qəsəbəsində və Tağaverd kəndində də fərdi yaşayış evlərində təmir işləri aparılacaq. Bağlanılmış müqaviləyə əsasən, Qırmızı bazardakı evlərin təmirinə 7,5 milyon manata yaxın vəsait, Tağaverddəki evlərin təmirinə isə 4,4 miylon manatdan artıq vəsait sərf olunacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az