Bakıda bu ərazidə yaşayanların NƏZƏRİNƏ

09:30 - 24 İyun 2025

Bakıda bu ərazidə yaşayanların NƏZƏRİNƏ

Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.


Bu barədə Manset.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, Sabunçu rayonunda qaz xətlərinin yerinin təhlükəsiz əraziyə köçürülməsi, həmçinin “Quşçuluq” qaz xətləri üzərində quraşdırılmış tənzimləyicilərin yeniləri ilə əvəzlənməsi məqsədilə iyunun 24-də saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri aparılan müddətdə Sabunçu rayonu üzrə Nardaran, Ramanı, Sabunçu və Maştağa qəsəbələrinin bir hissəsinin, Suraxanı rayonunda isə Deputatski küçəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az