Azərbaycanda professor vəfat etdi - FOTO

22:47 - 09 İyul 2025

Azərbaycanda professor vəfat etdi - FOTO

Fəlsəfə elmləri doktoru, professor Rəhman Bədəlov vəfat edib.


Manset.az APA-ya istinadla xəbər verir ki, bu barədə onun qızı Heyran Qorçu bildirib.

O bildirib ki, atası 2 saat öncə uzun sürən onkoloji xəstəlik səbəbilə dünyasını dəyişib.

Rəhman Bədəlovun nəşi sabah Əhmədli qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn ediləcək.

Qeyd edək ki, Rəhman Bədəlov 1937-ci ildə Bakıda anadan olub. O, bir neçə kitabın, o cümlədən “Qəhrəmanlıq eposunun həqiqəti və bədiiliyi”, “Birlikdə yaşamaq və ya İnsanlar demokratiyaya necə gəldi”, “Zərdobalı adam: kino üçün sənədli fantaziya” kitablarının və dörd yüzdən çox elmi, maarifləndirici və publisistik məqalənin müəllifidir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az