Bu rayonlarda qaz olmayacaq - Sakinlərin nəzərinə

17:16 - 15 Avqust 2025

Bu rayonlarda qaz olmayacaq - Sakinlərin nəzərinə

Masallı rayonu ərazisində qazın verilişində fasilə yaranacaq.


Manset.az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, Masallı rayonu ərazisində, Boradigah yolu istiqamətində yerləşən orta təzyiqli qaz xəttinin kipliyə sınaq edilməsi ilə əlaqədar, 18 avqust 2025-ci il tarixində saat 10:00-dan işlər başa çatanadək Tüklə, Türkoba, Bədəlan, Babaser kəndləri və Boradigah qəsəbəsi də daxil olmaqla beş yaşayış məntəqəsində, ümumilikdə 6 000 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

***

13:06

Qəbələ rayonu Nohurqışlaq kəndinin bəzi ərazilərində qazın verilişində fasilə yaranacaq.


Manset.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, Zaqatala Regional Qaz İstismar İdarəsinin (RQİİ) Qəbələ xidmət sahəsində Qəbələ rayonu Nohurqışlaq kəndi ünvanında yerləşən abonent Elvin Elcin oğlu Namazlıya məxsus torpaq sahəsinin qarşısından keçən D-57 mm-lik aşağıtəzyiqli yerüstü qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə 18.08.2025-ci il tarixdə saat 10:00-dan işlər yekunlaşanadək 912 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.

İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az