"Beşiktaş"ın yeni transferi İstanbuldadır

20:59 - 15 Avqust 2025

\"Beşiktaş\"ın yeni transferi İstanbuldadır

Beşiktaşın transfer danışıqlarına başladığını açıqladığı 19 yaşlı sağ cinah müdafiəçisi Taylan Bulut İstanbula gəldi.


Manset.az-ın məlumatına görə, gənc futbolçu Atatürk Hava Limanının Ümumi Aviasiya Terminalına xüsusi təyyarə ilə çatdı. Taylan Bulutu baş katib Murat Kılıç, siyah-qara rəngli klub rəsmiləri və bir qrup azarkeş qarşılayıb.

Azarkeşlərin foto çəkdirmək tələbinə “yox” deməyən Taylan Bulut, kameralar qarşısında poza verdikdən sonra ərazini tərk edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az