Qazaxda açıq ərazidə YANĞIN

17:47 - 15 Avqust 2025

Qazaxda açıq ərazidə YANĞIN

Qazax rayonunun Xanlıqlar kəndində açıq ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə FHN-in qüvvələri cəlb olunub.


Manset.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Əməliyyat şəraitinə uyğun həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində təxminən 80 ha sahədə quru ot və kol-kos yanıb.

Yaxınlıqdakı tikililər və meşə ərazisi yanğından mühafizə edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az