Tanınmış şəxs Dövlət Xidmətində yüksək vəzifəyə Təyin edildi

13:32 - 13 Dekabr 2021

Tanınmış şəxs Dövlət Xidmətində yüksək vəzifəyə Təyin edildi

Tanınmış hüquqşünas, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Roman Qaraşov İqtisadiyyat nazirliyi yanında Antiinhisar və İstehlak bazarına nəzarət dövlət Xidmətində şöbə müdiri vəzifəsinə təyinat alıb. 

 

Manset.az azxeber.com-a istinadən xəbər verir ki, xidmətin səlahiyyətləri çərçivəsində İstehlakçıların hüquqlarının müdafiəsi ona həvalə edilmişdir. Hüquq müdafiəçisi olan Roman Qaraşov Dövlət Xidmətində daha əvvəl Hüquq şöbəsinin Normativ hüquqi təminat sektorunun müdiri vəzifəsinə təyinat alımışdı. 

Xatırladırıq ki, Bakı Dövlət Universitetinin hüquq fakültəsindən məzun olan Roman Qaraşov uzun müddət Ədliyyə orqanlarında işləyib, özəl sektorda hüquq şöbəsində rəhbər vəzifələrdə  fəaliyyət göstərib.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az