Aeroportda sərnişinin 10 minlik qızılını oğurladı

11:35 - 09 Sentyabr 2025

Aeroportda sərnişinin 10 minlik qızılını oğurladı

Gəncədə hava limanında oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.


Manset.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Hava Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində sərnişinlərə məxsus çamadandan oğurluq etməkdə şübhəli bilinən 39 yaşlı Tahir Sayadov saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, T.Sayadov yükləmə zamanı çantadan ümumi dəyəri 10 000 manat olan qızıl-zinət əşyalarını oğurlayıb.

Məhkəmənin qərarı ilə T. Sayadov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az