İngiltərə Premyer Liqasının "Nottingham Forest" komandası, baş məşqçisi Nuno Espirito Santo ilə müqaviləsini ləğv edib.
Manset.az-ın əldə etdiyi məlumata görə, 51 yaşlı portuqaliyalı mütəxəssisin istefası, klubun rəsmi açıqlaması ilə təsdiqlənib.
Nuno Espirito Santo, "Nottingham Forest" klubunun baş məşqçisi vəzifəsinə 2023-cü ilin dekabr ayında təyinat almışdı.
Santo, "Rio Ave", "Valensiya", "Porto", "Vulverhempton", "Tottenham" və "Əl-İttihad" kimi klublarda göstərdiyi uğurlu fəaliyyət ilə tanınır. "Nottingham Forest"də olduğu müddət ərzində, ötən mövsümü 7-ci pillədə tamamlayaraq UEFA Avropa Liqasına qatılmaq hüququ qazanıb.
Bu mövsümdə isə, 3 həftəlik mübarizədən sonra "Nottingham Forest" yalnız 4 xal toplayıb və 10-cu sırada qərarlaşıb. Bu nəticələr, klubun menecer dəyişdirmə qərarına təsir edib.