"Fənərbağça" baş məşqçi qismində Domeniko Tedesko ilə iki illik müqavilə imzaladığını açıqlayıb.
Manset.az xəbər verir ki, bu barədə klubdan açıqlama yayılıb.
"Yeni menecerimiz Domeniko Tedesko klubumuzun əsas peşəkar futbol komandasının baş məşqçisi təyin edilib. Onunla iki illik müqavilə razılaşdırılıb. İmza mərasiminin təfərrüatı yaxın günlərdə ictimaiyyətə açıqlanacaq", - klubun məlumatında bildirilib.
Xatırladaq ki, Tedesko 2021-2022 mövsümündə "Leypsiq" komandasına Almaniya Kubokunu qazandırıb.