Santuşu Abbasov, onu da köməkçisi əvəzləyəcək

16:55 - 09 Sentyabr 2025

Santuşu Abbasov, onu da köməkçisi əvəzləyəcək

Xəbər verdiyimiz kimi, Fernandu Santuşun istefaya göndərilməsindən sonra Azərbaycan yığmasını Ukrayna ilə matçda meydana U-21 yığmasının baş məşqçisi Ayxan Abbasov çıxaracaq.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, maraqlı məqam ondan ibarətdir ki, U-21 yığmamız da bu gün rəsmi oyuna çıxacaq.

Komandamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bolqarıstanla qarşılaşacaq.

Nəticədə Ayxan Abbasov baş məşqçi kimi bu gün iki oyun keçirəcək. Lakin o, U-21 yığmasının yanında ola bilməyəcək.

Abbasovu Elnur Çodarov əvəz edəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az