28 sentyabr 2025-ci il tarixində
                                                            Bakı Gənclər Mərkəzində ReadENG nəşriyyatının təşkilatçılığı ilə ölkəmizdə ilk
                                        
                    
                    
                                                            dəfə olaraq “ReadENG – İngilis dili müəllimlərinin I Forumu” keçirilib. Forumun
                                                            əsas mövzusu “Xarici dilin tədrisində çağırışlar” idi və tədbir ingilis dili müəllimlərinin
                                                            peşəkar inkişafı, təcrübə mübadiləsi və müasir yanaşmaların müzakirəsi üçün
                                                            mühüm platformaya çevrilib.
Manset.az xəbər verir ki, tədbirin əvvəlində Azərbaycan dövlət
                                                            himni səsləndirilib.  3 nõmrəli xüsusi
                                                            internat məktəbinin müəllimi, bədii rəhbər Günel Kərimovanın başçılığı ilə eṣitmə
                                                            və nitq məhdudiyyətli gənclərdən ibarət "Danışan Mələklər" qrupu
                                                            himni müşaiyət ediblər.
Ardınca Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Forumun açılışında ReadENG nəşriyyatının
                                                            direktoru Murad Ahiz və həmtəsisçisi Arzu Ahiz çıxış edərək nəşriyyatın təhsil
                                                            sahəsində gördüyü işlərdən, müəllimlər üçün yeni resurslar təqdim etmək və peşəkar
                                                            inkişaf imkanlarını genişləndirmək istiqamətində atılan addımlardan danışıblar. Onlar vurğulayıblar ki, ReadENG müəllimləri bir araya gətirən və innovativ təlim
                                                            resursları ilə dəstəkləyən təşəbbüsləri ilə təhsil ekosistemində yeni bir hərəkat
                                                            yaratmağı qarşısına məqsəd qoyur.
Həmçinin tədbirdə nəşriyyatın
                                                            direktoru Murad Ahiz  müəllimlərin öz
                                                            ixtisasları üzrə şagirdlərinin nəticələrinə nəzarət edə biləcəkləri, şagirdlərin
                                                            isə mütəmadi olaraq sərbəst öz biliklərini yoxlaya biləcəkləri xüsusi
                                                            yaradılmış, ödənişsiz sınaq saytı olan  https://testet.az
                                                            saytını təqdim edib.
Tədbirin fəxri qonaqları — Elm və Təhsil
                                                            Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə, Milli Məclisin
                                                            deputatı Ceyhun Məmmədov və Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın
                                                            katibi, xarici dil üzrə mütəxəssis Günay Əkbərova — çıxış edərək xarici dil tədrisinin
                                                            inkişaf perspektivlərindən, müəllimlərin peşəkar dəstəklənməsinin vacibliyindən
                                                            və təhsil sahəsində yeni yanaşmalardan bəhs ediblər.
Professor Hikmət Əlizadə müəllimlərin qlobal çağırışlara uyğunlaşmasının önəmini vurğulayaraq bu cür forumların müəllimlər arasında şəbəkələşməyə böyük imkan yaratdığını qeyd etdi. Deputat Ceyhun Məmmədov dövlətin təhsilə verdiyi dəstəkdən və müəllim peşəsinin nüfuzunun yüksəldilməsi istiqamətində görülən işlərdən danışdı. Xarici dil üzrə mütəxəssis Günay Əkbərova isə beynəlxalq təcrübələrin paylaşılmasının və müasir metodikaların tətbiqinin müəllimlərin peşəkar inkişafına verdiyi töhfələri önə çəkib.
Forum çərçivəsində həmçinin panel
                                                            müzakirəsi təşkil olundu. Paneldə təhsil sahəsinin nüfuzlu mütəxəssisləri - Banövşə
                                                            Məmmədova (ADU Tərcümə fakültəsinin dekanı, professor), Elçin Orucov (Daxili
                                                            İşlər Nazirliyinin Polis Akademiyasının Dil Hazırlığı kafedrasının rəisi, polis
                                                            polkovniki), Taira Axundova (Dövlət Gömrük Komitəsi Akademiyasının ingilis dili
                                                            müəllimi) çıxış edərək xarici dil tədrisində qarşılaşılan praktiki çağırışlar,
                                                            tələbələrin motivasiyası, yeni texnologiyaların istifadəsi və müəllimlərin davamlı
                                                            inkişaf yolları barədə müzakirələr aparıblar. Panelin moderatoru Günay Əkbərova
                                                            olub və müzakirəni dinamik şəkildə idarə edərək mövzunun müxtəlif aspektlərinin
                                                            iştirakçılar tərəfindən işıqlandırılmasına şərait yaradıb.
Forum iştirakçılarına sertifikatlar
                                                            təqdim olunub, həmçinin hədiyyələr paylanılıb. Tədbirin ən həyəcanlı anı isə
                                                            Galaxy Travel şirkətinin sponsorluğu ilə keçirilən püşkatma olub. Püşkatmanın nəticəsində
                                                            qalib seçilən iki müəllimə Bakı–İstanbul (gediş-dönüş) və Bakı–Füzuli
                                                            (gediş-dönüş) istiqamətində ikinəfərlik aviabiletlər təqdim edilib.
Media tərəfdaşları — Azxeber.com,
                                                            Editor.az, Manset.az, Veteninfo.az, 32gun.az, Bizimmedia.az, Konkret.az — tədbirin
                                                            geniş ictimaiyyətə çatdırılmasına mühüm dəstək veriblər. ReadENG nəşriyyatı
                                                            elan etdi ki, bu kimi forumlar mütəmadi şəkildə keçiriləcək və ingilis dili müəllimlərinin
                                                            peşəkar inkişafı üçün yeni imkanlar yaradılacaq.
 
                                 
                                 
                                 
                                 
             
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                             
                 
                                 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            