Bu tarixədək yağış yağacaq - Xəbərdarlıq

15:30 - 19 Oktyabr 2025

Bu tarixədək yağış yağacaq - Xəbərdarlıq

Oktyabrın 20-si axşam Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 22-dək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Manset.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən  verilən xəbərə görə, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az