Azərbaycanda atalara ödənişli məzuniyyət verilməsi təklif edilir

16:14 - 24 Dekabr 2021

Azərbaycanda atalara ödənişli məzuniyyət verilməsi təklif edilir

Azərbaycanda həyat yoldaşının uşaq dünyaya gətirməsi ilə əlaqədar atalara verilən 14 günlük ödənişsiz məzuniyyətin ödənişli əsaslarla olması təklif edilir.

Manset.az-ın xəbərinə görə, bu, “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda əksini tapıb.

Bundan əlavə, seksual qısnamaya, ayrı-seçkiliyi əks etdirən iş elanlarına görə sanksiyaların müəyyən edilməsi üçün qanunvericiliyə dəyişikliklərin edilməsi də təklif olunur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az