Abşeron rayonunda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibəti ilə şəhid ailələri və şəhid övladları ilə birgə bayram şənliyi keçirilib.
Manset.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron Rayov Ağsaqqallar Şurasının sədri, şəhid Rauf İbadovun atası Məhərrəm İbadov, şəhid ailələri, onların bizə əmanət qalan övladları və müharibə iştirakçıları iştirak edib.
Tədbiri giriş sözü ilə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev açıb. O, Prezident İlham Əliyevin Ali Baş Komandan kimi rəhbərliyi ilə Qarabağda qazanılmış böyük, tarixi uğurdan bəhs edib və şəhid ailələrinin bizim baş tacımız olduğunu bildirib. İcra başçısı dövlətimizin daim şəhid ailələrinin yanında olduğunu da xüsusi qeyd edib.
Daha sonra tədbirdə bir sıra şəxslər çıxış ediblər. Tədbirin davamında Xalq artisti Röya Ayxan sevilən mahnılarını ifa edib. Şəhid ailələri və övladları onun gəlişini anşlaqla qarşılayıblar. Tədbir digər incəsənət nümayəndələrinin çıxışları ilə davam edib.
Tədbirdən video və fotoları təqdim edirik: