Ötən gün 58 nəfər şənliyə buraxılmayıb

10:38 - 28 Dekabr 2021

Ötən gün 58 nəfər şənliyə buraxılmayıb

Ötən gün 1 şadlıq sarayının sahibinə cinayət işi açılıb, 58 nəfər şənliyə buraxılmayıb.

Manset.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 193 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 188 şadlıq sarayında, 5 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 6 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 şadlıq sarayının sahibi barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, 58 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az