“Ekoloji məsələlər” üzrə işçi qrupun iclası keçirilib

15:51 - 05 Fevral 2026

“Ekoloji məsələlər” üzrə işçi qrupun iclası keçirilib

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində “Ekoloji məsələlər” üzrə işçi qrupun iclası keçirilib.


Manset.az xəbər verir ki, iclasda “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” prioriteti üzrə 2025-ci ildə görülmüş işlər müzakirə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyində təşkil olunan iclasda il ərzində icra edilmiş və icrası nəzərdə tutulan layihələr barədə məlumat verilib, “Yüksək keyfiyyətli ekoloji mühit” məqsədinin icrası üzrə ilin yekunlarına dair hesabat təqdim edilib. 

Müzakirələr zamanı rəy və təkliflər səsləndirilib, icra prosesinin səmərəliliyinin artırılması üçün növbəti addımlar müəyyənləşdirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az