Xəbər verdiyimiz kimi, bu gün “İdrak” liseyində 10-cu sinif şagirdi ov tüfəngi ilə müəllimə atəş açaraq onu yaralayıb. Hadisəni törədən Ə.Ş. polis əməkdaşları tərəfindən saxlanılıb.
Manset.az hadisənin baş verdiyi “İdrak” liseyi ilə bağlı araşdırma aparıb. Liseyin təsisçisi Mönsüm Alışov, direktoru isə Natəvan Üzeyim qızı Alışovadır.
“İdrak” liseyinin Sumqayıt filialı 2008-ci ildə Sumqayıt Özəl İxtisas Kollecinin bazası əsasında, Bakı filialı isə 2014-cü ildə fəaliyyətə başlayıb.
Liseyin Bakı filialında təhsil haqqı ibtidai siniflər üçün 10 000–12 500 manat, yuxarı siniflər üçün isə 10 500–16 500 manat təşkil edir.
Liseyə qəbul olunan hər bir şagirdin valideyninə gücləndirilmiş mühafizənin təmin ediləcəyinə dair təminat verirmiş.