Bank və dövlət qurumlarını hədəf alan fişinq cəhdi araşdırıldı

12:32 - 06 Fevral 2026

Bank və dövlət qurumlarını hədəf alan fişinq cəhdi araşdırıldı

Elektron Təhlükəsizlik Xidməti (Milli CERT) tərəfindən steqanoqrafiya texnikalarından istifadə edərək dövlət və bank sektorunu hədəfləyən hücum cəhdi araşdırılıb.


Manset.az-ın məlumatına görə, təhlil nəticəsində müəyyən edilib ki, hücum ssenarisində steqanoqrafiya metodlarından istifadə edilməklə, zərərli komponentlər legitim görünən fayllar daxilində gizlədilib. İstifadəçi tərəfindən fayl açıldığı halda isə “Remcos RAT” tipli zərərli proqram təminatının yüklənməsi və sistem üzərində tam uzaqdan idarəetmənin əldə olunması riski yaranıb.

Hücuma dair texniki indikatorlar (IOC-lar) misp.cert.az platformasına əlavə edilib.

Qurumlar və təşkilatlar şübhəli fəaliyyətlər, aşkar edilmiş indikatorlar və kiberinsidentlər barədə Milli CERT ilə operativ məlumat mübadiləsi aparmağa və əməkdaşlığa dəvət olunurlar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az