Aparıcı qısa video platforması olan TikTok
istifadəçilərinin təhlükəsizliyini əsas prioritet kimi qorumaqda davam edir və
yaradıcılıq üçün rahat mühitin formalaşmasına töhfə verir. Platformanın 24/7
rejimində fəaliyyət göstərən moderasiya sistemi İcma Qaydalarını pozan video məzmunları
silir.
Dünya üzrə hər il 10 fevralda qeyd olunan Təhlükəsiz
İnternet Günü münasibətilə platforma İcma Qaydalarının pozulmasına görə
silinmiş məzmunun sayını
növbəti dəfə açıqlayır.
LIVE yayımların təhlükəsizliyi
TikTok LIVE yayımları bütün dünyada getdikcə
daha çox populyarlıq qazanır, kontent yaradıcılarına auditoriya ilə birbaşa
ünsiyyət imkanı yaradır və platforma bu format çərçivəsində icmanın təhlükəsizliyinə
xüsusi diqqət yetirir. Belə ki, 2025-ci ilin üçüncü rübündə İcma Qaydalarının pozulmasına görə dünya
üzrə bloklanan LIVE yayımların sayı 32
milyondan çox olub.
Keçən rübdən etibarən TikTok, həmçinin platforma tələblərini pozan məzmunun Monetizasiyasının qarşısını
almağa yönəlmiş canlı yayımların
monetizasiya qaydalarına əməl olunmasının təmin edilməsi üzrə görülən tədbirlərlə
bağlı məlumatları açıqlamağa başlayıb. İlkin mərhələdə yaradıcıların məzmununun
qaydalara zidd ola biləcəyini anlamaqlarına kömək edən və dəyişiklik etmək
imkanı yaradan xəbərdarlıqlar göndərilir. Pozuntular davam edərsə, TikTok müəllifin
LIVE yayımlarda monetizasiya funksiyalarına çıxışını məhdudlaşdıra bilər.
Belə ki, 2025-ci ilin ikinci rübündə TikTok
monetizasiya qaydalarını pozan 2.321.813
canlı yayım və 1.040.356 strimerə münasibətdə xəbərdarlıq və demonetizasiya da
daxil olmaqla müxtəlif tədbirlər tətbiq edib. 2025-ci ilin üçüncü rübündə isə tədbir
görülmüş canlı yayımların sayı ikinci rüblə müqayisədə 69% artaraq 3.914.684 yayım təşkil edib, təsirə məruz qalan
strimer hesablarının sayı isə iki dəfədən çox artaraq 2.107.177 nəfərə çatıb. Bu göstəricilər
platformanın LIVE yayımlara münasibətdə nəzarət və tədbirlərin tətbiqinə diqqətinin
əhəmiyyətli dərəcədə artdığını göstərir.
Platforma dünya üzrə nə qədər məzmun silib
İcma Qaydalarına əməl
olunması üzrə Hesabata əsasən,
2025-ci ilin üçüncü rübündə dünya üzrə İcma Qaydalarının pozulması ilə əlaqədar
olaraq:
•
200
milyondan çox video silinib.
•
Video məzmunun 99,3%-i proaktiv şəkildə — yəni kimsə şikayət etməzdən əvvəl
silinib.
•
Videoların
94,8%-i paylaşıldıqdan sonra 24 saat
ərzində silinib.
Platforma Azərbaycanda nə qədər məzmun silib
2025-ci ilin üçüncü rübündə eyni dövr üçün Azərbaycanda:
•
İcma Qaydalarının pozulmasına görə 1.051.646 video silinib.
•
Silinən videoların 99,6%-i platforma tərəfindən proaktiv şəkildə, yəni şikayət daxil
olmadan əvvəl aradan qaldırılıb.
•
Videoların 95,8%-i paylaşıldıqdan sonra 24 saat ərzində silinib ki, bu da
qlobal orta göstəricilərdən yüksəkdir.
2025-ci ilin ikinci rübündə isə platforma 880 mindən çox video silib.
TikTok haqqında
TikTok aparıcı qısa video tətbiqidir.
Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş
etməkdir.