2018-ci ildən etibarən minimum pensiya 2,9 dəfə artırılaraq 110 manatdan 320 manata çatdırılıb.
Manset.az xəbər verir ki, bu haqda Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev pensiyaların indeksləşdirilməsi barədə baş tutan mətbuat konfransında danışıb.
Bu il üçün pensiyaların maliyyələşdirilməsi üzrə ayrılan vəsait 7 mlrd. 993 mln. manat nəzərdə tutulub ki, bu da 2018-ci ilə nisbətən həmin vəsaitdə 2,3 dəfə artımın olduğunu göstərir.
Fidan Vəlisoy