Pensiya artımı bu tarixdə ödəniləcək - Rəşad Mustafayev açıqladı 

10:29 - 10 Fevral 2026

Pensiya artımı bu tarixdə ödəniləcək - Rəşad Mustafayev açıqladı 

“Yanvar ayının pensiya artımı fevral ayının pensiyaları ilə birlikdə ödəniləcək”. 


Manset.az xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Prezident İlham Əliyevin Sərəncamına əsasən pensiyaların indeksləşdirilərək artırılmasına dair bu gün keçirilən brifinqdə bildirib. 

Rəşad Mustafayev vurğulayıb ki, sığorta olunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-dək  qeydə alınmış pensiya kapitallarının da istehlak qiymətləri indeksinin ötən ilki səviyyəsinə uyğun olaraq 5,6 faiz artırılıb. Qeyd olunub ki, pensiya kapitallarının artırılması da e-sistem üzərindən avtomatik həyata keçirilir.


Fidan Vəlisoy 



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az