Ölkə başçısının tapşırıqlarına
uyğun olaraq Nizami rayonu ərazisində həyata keçirilən abadlıq-quruculuq və
yenidənqurma işləri çərçivəsində məhəllələrin kompleks şəkildə yenilənməsi
istiqamətində işlər davam etdirilir.
Manset.az xəbər verir ki, görülən işlər çərçivəsində növbəti
ünvanda, Qara Qarayev prospekti 104 və 106 nömrəli yaşayış binalarını əhatə edən
məhəllədə abadlıq və yenidənqurma işləri başa çatdırılaraq sakinlərin istifadəsinə
verilmişdir.
Belə ki, məhəlləyə yeni asfalt
örtüyü salınmış, səki daşları yenilənmiş və ətrafdakı binaların fasad örtükləri
təmir edilmiş, uşaqlar üçün müasir oyun elementləri quraşdırılmış, gənclərin
asudə vaxtlarının səmərəli təşkili məqsədilə idman qurğuları yerləşdirilmiş, ərazidə
müasir işıq dirəkləri quraşdırılmış və söhbətgahlar, oturacaqlar qoyulmuşdur.
Ərazidə mövcud yaşıllıqlara
aqrotexniki qaydada qulluq olunmuş və əlavə olaraq yeni ağaclar əkilmişdir. Sakinlərin
avtomobillərinin nizamlı parklanmasını təmin etmək məqsədilə xüsusi parklanma
yerləri yaradılmışdır.
Sakinlər həyata keçirilən abadlıq
və yenidənqurma işlərini böyük rəğbətlə qarşılayaraq göstərilən diqqət və
qayğıya görə Möhtərəm Prezident Cənab İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.